Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Suriyada yerüstü əməliyyatın keçirilməsinə dair məsələnin gündəmdə olmadığını bildirib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, Çavuşoğlu, həmçinin qeyd edib ki, Suriyada istənilən yerüstü əməliyyatda koalisiyanın bütün üzvləri iştirak etməlidirlər.
Daha öncə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Hadit Çevik ölkəsinin Suriyaya təkbaşına qoşun yeritməyəcəyini bildirmişdi.
O qeyd etmişdir ki, Ankara Suriya ərazisində yerüstü əməliyyatlara yalnız beynəlxalq koalisiyanın və BMT Təhlükəsizlik Şurasının müvafiq sanksiyaları əsasında başlayacaq.