Ankaranın xahişi ilə şirkət qətlə yetirilmiş prokuror Səlim Kirazın fotosunu sildikdən sonra Türkiyə hakimiyyəti Twitter-ə girişi açıb. Bu barədə Reuters bildirib.
Bundan başqa, Ankara hələ də bağlı qalan YouTube sahibləri ilə danışıqlar aparır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, türk hakimiyyəti Google şirkətinə qadağan edilmiş kontentin silinməsi üçün dörd saat vaxt verib. Əgər bu şərt qəbul edilməzsə türk istifadəçiləri üçün Google-a giriş bağlanılacaq.