Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyə XİN: "Cənubi Qafqazda davamlı sülh üçün region ölkələri ilə iş davam edəcək"
Türkiyə Cənubi Qafqazda davamlı sülhün təmin olunması və əməkdaşlığın gücləndirilməsi üçün region ölkələri ilə işləməyə davam edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "3+3" əməkdaşlıq platformasının İstanbulda keçirilən 3-cü görüşünün nəticələrinə dair birgə bəyanatla bağlı məlumatında bildirilir.
Birgə bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın yaradılmasına, rifah və sabitliyə verdiyi töhfə xüsusi vurğulanıb.
Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
Bəyanatda, həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin təmin olunmasının vacibliyi bildirilib.
Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində "3+3" regional platforması üzrə xarici işlər nazirlərinin iclası keçirilib.
"3+3 formatı" teqi üzrə xəbərlər
- Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir
- Deputat: "Region üçün "3+3" formatından daha uğurlu platforma ola bilməz"
- Lavrov: "Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir"
- "3+3" formatının qapıları Gürcüstan üçün hər zaman açıqdır - BƏYANAT
- Azərbaycan və Ermənistan sülh sazişinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər
Rəylər