Rəsmi Ankara HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini pisləyib.
Bu barədə Oxu.Az Türkiyə XİN-ə istinadən bildirir.
"Biz HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsini pisləyirik.
Öz vətənində, öz dövlətlərinin damı altında sülh içində yaşaya bilmələri üçün Haniyə kimi yüz minlərlə şəhid verən Fələstin xalqına başsağlığı veririk.
Netanyahu hökumətinin sülhə nail olmaq niyyətində olmadığı bir daha üzə çıxdı.
Bu hücum həm də Qəzzadakı müharibəni regional ölçüyə yaymaq məqsədi daşıyır. Əgər beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün addım atmasa, regionumuz daha böyük münaqişələrlə üzləşəcək.
Türkiyə Fələstin xalqını dəstəkləməyə davam edəcək", - deyə paylaşımda qeyd edilib.
Rəylər