Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsində həlak olan şəxsi heyət üçün başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə XİN başçısı özünün "X" hesabında yazıb.
H.Fidan axtarış-xilasetmə işlərinin Gürcüstan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaxından izlənildiyini bildirib.
"Azərbaycandan qayıdarkən qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı Gürcüstan hökuməti ilə birlikdə axtarış-xilasetmə işlərini yaxından izləyirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm. Əziz millətimə başsağlığı verirəm", - H.Fidan yazıb.
Azerbaycan’dan ülkemize dönüş yolunda düşen askeri kargo uçağımıza ilişkin yürütülen arama kurtarma çalışmalarını, Gürcistan makamlarıyla birlikte yakından takip ediyoruz.
— Hakan Fidan (@HakanFidan) November 11, 2025
Şehitlerimize Allah’tan rahmet, ailelerine ve yakınlarına sabır diliyorum. Aziz milletimizin başı sağ…
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində uçuş heyəti də daxil olmaqla ümumilikdə 20 şəxsi heyətin olduğunu və bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb. Bu arada, Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə də telefonla danışıb və axtarış-xilasetmə prosesi barədə məlumat mübadiləsi aparıb.