"Pakistanın İslamabad və Vana şəhərlərində baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərindən dərin kədər hissi keçiririk".
Oxu.Az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında yer alıb.
"Bu dəhşətli terror aktlarını qətiyyətlə pisləyir və qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzulayırıq.
Azərbaycan bütün forma və təzahürlərində terrorizmlə mübarizədə Pakistanla tam həmrəydir", - paylaşımda deyilir.
We are deeply saddened by the news of the terrorist attack in Islamabad and Wana, Pakistan, that caused numerous casualties.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 11, 2025
We strongly condemn these heinous acts of terror and extend our heartfelt condolences to the families of the victims and to the brotherly people and…