Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyə XİN Rusiya ilə Ukrayna arasında sülh prosesinin dərhal başlanılmasına çağırıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ilə bağlı sülh danışıqlarının dərhal başlamasına çağırıb və Türkiyənin prosesi asanlaşdırmağa hazır olduğunu təsdiqləyib.
Oxu.Az "ANKA" agentliyinə istinadən xəbər verir ki, o, bunu Cənubi Afrikada keçirilən "G20" toplantısı çərçivəsində MİKTA qrupunun (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) xarici işlər nazirlərinin 27-ci iclasında bildirib.
"Qəzza və Livandakı vəziyyət, Suriyadakı son hadisələr, Ukraynada davam edən müharibə və dünyada ağırlaşan humanitar böhranlar çoxtərəfli əməkdaşlığın təcili surətdə gücləndirilməsinə ehtiyac olduğunu vurğulayır. Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini qətiyyətlə davam etdirir. Müharibəyə son qoymaq üçün diplomatiyanın zəruriliyini vurğulamaqda davam edirik. Münaqişənin hər iki tərəfini əhatə edən hərtərəfli sülh prosesi təxirə salınmadan başlamalıdır. Türkiyə tərəflər arasında daimi və davamlı sülhə nail olmaq üçün danışıqlara hərtərəfli dəstək verməyə hazırdır", - Fidan bildirib.
"Türkiyə XİN" teqi üzrə xəbərlər
- Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır
- Fidan: "Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər"
- Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib
- Türkiyə XİN Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb
- Fidan: "Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyada gizlənirlər"