Türkiyənin Kocaeli vilayətində toyuq dönərindən zəhərlənənlərin sayı 648 nəfərə çatıb.
Oxu.Az-ın "CNN Türk" telekanalına istinadla verdiyi xəbərə görə, ümumilikdə 648 nəfər vilayətin xəstəxanalarına zəhərlənmə şikayəti ilə müraciət edib. Onlardan 646 nəfər xəstəxanadan evə buraxılıb, yalnız iki nəfərin müalicəsi hələ də davam edir.
İnsidentlə əlaqədar iki şübhəli saxlanılıb və dönərin satıldığı ticarət obyekti möhürlənib.
Türkiyənin Kocaeli şəhərində 300-dən çox insan toyuq dönərindən zəhərləndiyinə görə xəstəxanaya müraciət edib.
Oxu.Az bu barədə İHA agentliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, dönər zəhərlənən iki nəfərin vəziyyətinin ağırdır.
Hadisədən dərhal sonra həmin dönərxana qapadılıb. Dönər ətindən götürülən nümunələr laboratoriyaya göndərilib.