Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"İldırım" təşkilatı haqqında sənədli film: Repressiya qurbanlarının övladları DANIŞDILAR
Ötən ilin noyabr ayında Baku TV komandası "İldırım" təşkilatı haqqında sənədli film hazırlayıb.
Repressiyanın tüğyan etdiyi illərdə belə bir təşkilatın qurulması vətən sevgisinin ancaq çox yüksək həddə olduğu insanlarla mümkün idi. Zamanla sayları 8 nəfərə çatan bu təşkilatın üzvləri Bakı Dövlət Universitetinin tələbələri idi.
Bu yaxınlarda "Siyasi repressiya qurbanları" muzeyində "İldırımçı"lara həsr olunmuş guşənin yaradılması təqdirəlayiq addımdır. Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən muzeydə "İldırımçı"lar haqqında məlumatlar və sənədlər yer alır.
Repressiya qurbanlarının övladları sözügedən muzey haqqında təəssüratlarını Baku TV ilə bölüşüblər.
"İldırım" təşkilatının üzvlərindən olan Hacı Zeynalovun qızı Məhfuzə Zeynalovanın sözlərinə görə, 1937-38-ci illərdə repressiyaya məruz qalanların çoxu məhz bu zirzəmilərdə, bu məkanlarda saxlanılırdı:
"Mənim atam da bu zindanda saxlanılıb. Atam danışardı ki, oktyabrda onu tutub bura gətirdilər. Noyabr ayında artıq bir aydan çox idi ki, bu zirzəmidə dustaq idi. O, Üzeyir bəyin musiqisinin sədalarını eşitdi. Başa düşdü ki, Üzeyir bəy rəhmətə gedib. Axşam bu barədə soruşanda atama bunu necə öyrəndiyini deyiblər. Onu həmin gecə çox incitdilər. Həqiqətən də, Üzeyir bəy o gün dəfn edilirdi. Musiqi sədaları isə bu zirzəmilərə də çatmışdı".
Ətraflı süjetdə:

"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı niyə azalıb? - Deputat AÇIQLADI
- Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
- İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı
- Əmanətlərin Sığortalanması Fondunun yeni icraçı direktoru KİMDİR?
- Avropaya getmək üçün Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar