Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda güclü yanğın baş verib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Türkiyədə anbar ərazisində güclü yanğın baş verib - FOTO - VİDEO
Məlumata görə, Orhanlı Dəri Sənaye Bölgəsindəki bir fabrikdə genişmiqyaslı yanğın baş verib. Hansı səbəbdən başladığı hələ məlum olmayan yanğın sürətlə yayılıb. Fabrikdən yüksələn qatı tüstü ətrafdakı bir çox nöqtədən görünüb.
Hadisə yerinə çox sayda yanğınsöndürmə, polis və sağlamlıq qrupu göndərilib. Hazırda yanğının söndürülməsi ilə bağlı işlər davam edir.
Qaynar xətt:
(055) 224 12 12