Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyədə bina uçdu: Dağıntılar altında qalanlar var - ANBAAN GÖRÜNTÜLƏR
"Ümumilikdə 200-dən artıq canlı qüvvə və 27 texniki vasitə yönləndirilib".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Konya şəhərində yaşayış binasının çökməsi ilə bağlı mətbuata açıqlamasında bildirib.
Nazir çökmə ilə bağlı ilkin məlumatın saat 20:05-də daxil olduğunu, AFAD qruplarının saat 20:15-də hadisə yerinə çatdıqlarını deyib.
Konya valisi İbrahim Akın isə binada 5 nəfərin olduğu barədə məlumat aldıqlarını, başqa mənzillərdə sakinlərin olub-olmadığı ilə bağlı araşdırma apardıqlarını bildirib.
Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.
Oxu.Az xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə Selcuklu rayonunda qeydə alınıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Öz növbəsində, DHA agentliyi iki nəfərin xilas edildiyini, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyini bildirib.
Hazırda axtarış tədbirləri davam etdirilir.
Rəylər