İstanbulun Güngören rayonunda beşmərtəbəli binanın birinci mərtəbəsi naməlum səbəbdən qismən uçub.
Oxu.Az bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.
Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları, təcili tibbi yardım briqadaları və bələdiyyə əməkdaşları cəlb olunublar.
Aparılan yoxlamadan sonra təhlükəsizlik məqsədilə sakinlər binadan təxliyə ediliblər. Bina möhürlənib, ətrafına isə mühafizə çəpərləri quraşdırılıb.

Qaynar xətt:
(055) 224 12 12