Bu dəqiqələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.
İclasda Rusiya-Ukrayna müharibəsi, Bakı və İrəvan arasında sülh prosesi, Türkiyənin xarici siyasəti və digər regional proseslərin müzakirəsi nəzərdə tutulub.
Həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesi, müdafiə sənayesi ilə bağlı NATO ilə gələcəkdə atılacaq ortaq addımlar, Suriya və Şərqi Aralıq dənizindəki proseslər dəyərləndiriləcək.
İclasda Türkiyənin daxili gündəmində baş verən hadisələrə, həmçinin iqtisadiyyatda baş verən proseslərə toxunulacaq.
Xüsusən qiymət artımlarının qarşısını almaq üçün atılacaq addımlar qiymətləndiriləcək.
Terrorla mübarizə də son nazirlər kabinetinin gündəmindəki mühüm mövzu olacaq.
Mənbə: TRT Haber