Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədəki meşə yanğınlarında ölənlərin sayı artıb
Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdağı rayonları arasındakı meşəlik ərazidə baş verən yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Bu açıqlama ilə Türkiyənin səhiyyə naziri Fahreddin Koca çıxış edib.
Türkiyəli nazir əlavə edib ki, yanğın nəticəsində 78 xəsarət alıb, onların müalicəsi davam etdirilir.
Məlumat üçün əlavə edək ki, bir neçə saat əvvəl Manisa şəhərində yerləşən meşəlik ərazidə də yanğın başlayıb. Yanğının söndürülməsi üçün dörd təyyarə, üç helikopter, əlavə texnika və canlı qüvvə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir.
Mənbə: TRT Haber
Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdağı rayonları arasındakı meşəlik ərazidə başlayan yanğın qısa müddət ərzində geniş əraziyə yayılıb.
Türkiyə mətbuatının yazdığına görə, hadisə nəticəsində azı beş nəfər həyatını itirib, 44 nəfər yaralanıb.
Yanğının qarşısını almaq üçün əraziyə müvafiq qurumların bölmələri cəlb edilib.
Qeyd olunur ki, yanğın nəzarət altına alınıb.
Mənbə: TRT Haber