Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vəzifəsindən azad edilən direktor müavininin yerinə TƏYİNAT
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor müavini təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Bu posta İttifaqın üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.
Ona həmçinin "Azərbaycanfilm" kinostudiyasının direktorunun vəzifəsini icra etmək də həvalə olunub.
Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov iyunun 10-da tutduqları vəzifədən azad ediliblər.
Hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.
"Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyası" teqi üzrə xəbərlər
- "Bu şəhərdə"yə XƏBƏRDARLIQ EDİLDİ
- Tarixə səyahət - yaşı əsri keçən Azərbaycan kinosu
- Xalq artisti: "Corabıma, çəkməmə qədər kinostudiya verirdi, indi heç biri yoxdur"
- "Azərbaycanfilm" ölüm yatağındadır" - Xalq artisti istefalardan DANIŞDI
- "Azərbaycanfilm" etiraf etdi: "Digər rəhbər işçilər də istefa verib"
Ən çox oxunanlar