Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyədə İstanbul meriyasına hücum: Saxlanılanlar var
İstanbulun Saraçhane rayonunda icazəsiz nümayiş təşkil edən bir qrup şəxs polisə hücum edib. Ankarada isə üzləri maskalı şəxslərin balta və dəyənəklərlə hücumu zamanı bir polis yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilir ki, bəzi şəxslər polis dəstələrinə fişəng və daşla hücum ediblər. Bir qrup təxribatçı isə İstanbul meriyasının binasına daxil olub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında məlumat verib ki, ötən gecə Türkiyənin müxtəlif şəhərlərində icazəsiz keçirilmiş aksiyalar zamanı 323 şübhəli saxlanılıb.
"Ermənilərin təxribatı" teqi üzrə xəbərlər
- Rəsmi Bakıdan Kanadanın XİN başçısına sərt tənqid: "Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır"
- Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"
- Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
- Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
- Pakistanlı jurnalist Ağdam Cümə məscidində azan verdi
Ən çox oxunanlar