Türkiyənin Konya şəhərində bir şəxs rəsmi nikahda olmadığı arvadını öldürüb.
Sondakika.com xəbər verir ki, 36 yaşlı Əhməd Ünal 47 yaşlı Nargül Ünveri ov tüfəngi ilə qətlə yetirib.
O, ifadəsində qeyd edib ki, N.Ünver ilə yeddi ay əvvəl “Facebook” vasitəsi ilə tanış olaraq kəbin kəsiblər. Bundan sonra anasının evini pulla alaraq, arvadının adına keçirib. Sonradan qadının başqası ilə rəsmi nikahının olduğunu öyrənib.
N.Ünver onun anasını, bacısını qovub və onların yerinə azərbaycanlı qadınla oğlunu yerləşdirib. Ə.Ünal onun özünü də evdən qovmaq istəyəndə qadını qorxutmaq üçün havaya atəş açıb və güllə arvadına dəyib.
Ə.Ünalın yeddi il “sağlamlığa zərər vurma” səbəbindən həbsdə olduğu, bir il əvvəl azadlığa çıxdığı məlum olub.