Türkiyədə bugünə olan koronavirus statistikası açıqlanıb.
“Haber Global”ın məlumatına görə, ölkədə sutkalıq yoluxma sayı 22 mindən az olub.
Belə ki, son 24 saat ərzində 285 242 nəfərin COVID-19 testi yoxlanılıb. Onlardan 21 372-nin cavabı müsbət çıxıb.
Həmçinin, gün ərzində 151 nəfər koronavirusun qurbanı olub.
Bununla yanaşı, sutka ərzində ölümcül virusdan sağalanların sayı 16 492 nəfər təşkil edib.