Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunda mədəndə çökmə nəticəsində dağıntılar altında qalan bir işçi həyatını itirib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl dörd nəfərin xilas edildiyi, bir nəfərin isə xilas olunması istiqamətində işlərin davam etdirildiyi bildirilirdi.
Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunda mədəndə çökmə nəticəsində dağıntılar altında qalan 4 işçi xilas edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Anadolu Agentliyi (AA) məlumat verib.
Məlumata görə, xilas edilən işçilər arasında yüngül xəsarət alan bir işçi təcili tibbi yardım əməkdaşları tərəfindən Zonquldak Atatürk Dövlət Xəstəxanasına aparılıb. Daha bir işçinin xilas edilməsi üçün işlər davam etdirilir.
Qeyd edək ki, Türkiyə Daş kömür Qurumu Karadon müəssisəsinə məxsus mədəndə naməlum olmayan səbəbdən çökmə baş verib. Hadisə zamanı 5 işçi dağıntılar altında qalmışdı.
Türkiyə Zonquldak vilayətində mədəndə çökmə baş verib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, iki işçi dağıntılar altında qalıb və hazırda onların xilas edilməsi işlərinə başlanılıb.