İqtisadiyyat naziri Mikayıl Cabbarov "PowerChina Resources Ltd." şirkətinin sədri Conq Haysianq ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə öz "X" hesabında paylaşım edib:
"Görüşümüzdə müasir texnologiyaların və innovativ həllərin tətbiqi istiqamətində əməkdaşlığın perspektivlərini qeyd etdik. Birgə fəaliyyətin şaxələndirilməsi, bərpaolunan enerji sahəsinə sərmayə qoyuluşu, ixrac potensialının artırılması, dövlət-özəl tərəfdaşlığı əsasında su resurslarının səmərəli şəkildə idarəolunması layihələrinin həyata keçirilməsi imkanlarını dəyərləndirdik".
"PowerChina Resources Ltd." şirkətinin sədri Conq Haysianq ilə görüşümüzdə müasir #texnologiya-ların və innovativ həllərin tətbiqi istiqamətində əməkdaşlığın perspektivlərini qeyd etdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 25, 2025
Birgə fəaliyyətin şaxələndirilməsi, #bərpaolunanenerji sahəsinə sərmayə qoyuluşu, #ixrac… pic.twitter.com/llCah0DTGx