Türkiyədə Diyarbəkir-Eğil avtomobil yolunda mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Adıyamandan gələn sərnişinləri daşıyan mikroavtobus dəmir baryerə çırpılaraq aşıb.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra müalicə olunmaq üçün yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Bir nəfər hadisə yerində, digəri isə xəstəxanada ölüb. Səlahiyyətlilər yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu, qəza ilə bağlı hərtərəfli araşdırma başlandığını bildiriblər.