Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə neft emalı zavodunda baş verən güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Türkiyənin İzmit şəhərində, körfəzdə yerləşən TÜPRAŞ neft emalı zavodunda partlayışdan sonra baş verən yanğın nəzarətə götürülüb və zavodda digər işlər davam edir.
Oxu.Az-ın "Hürriyet"ə istinadən xəbərinə görə, bu barədə TÜPRAŞ şirkətindən verilən açıqlamada bildirilib.
Məlumata görə, saat 13:30 radələrində TÜPRAŞ neft emalı zavodunda kompressora texniki xidmət işləri zamanı yanğın baş verib. Zavodun işçiləri hadisəyə dərhal müdaxilə ediblər.
"İlkin məlumatlara görə, 12 həmkarımız yüngül şəkildə yaralanıb və müayinə olunmaq üçün xəstəxanaya göndərilib. Yanğın nəzarətə götürülüb və cihazın işi nəzarətli şəkildə dayandırılıb. Zavodda digər fəaliyyətlər normal rejimdə davam edir", - deyə məlumatda qeyd edilib.
Türkiyənin İzmit şəhərində, körfəzdə yerləşən TÜPRAŞ neft emalı zavodunda partlayışdan sonra baş verən yanğın nəzarətə götürülüb.
Oxu.Az-ın NTV.com.tr-yə istinadən xəbərinə görə, bu barədə Kocaeli Böyükşəhər Bələdiyyə sədri Tahir Büyükakın məlumat verib.
O, partlayışın planlaşdırılmış tədbir zamanı baş verdiyini deyib. Həmçinin partlayış nəticəsində xəsarət alanlar barədə məlumatın olmadığını bildirib.
Eyni zamanda partlayışın transformatordan qaynaqlandığı da iddia edilir.
Türkiyənin İzmit şəhərində, körfəzdə yerləşən TÜPRAŞ neft emalı zavodunda partlayış baş verib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, partlayışdan sonra ərazidə sirenlər səslənməyə başlayıb. Partlayışın TÜPRAŞ-ın Kocaeli-Gölcük obyektlərində olduğu bildirilir.
Rəylər