Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyədə öldürülən səkkiz yaşlı Narinin anası DANIŞDI
Türkiyədə səs-küyə səbəb olan Narin Güranın qətli ilə əlaqədar saxlanılan anası Yüksel Güranın prokurorluğa verdiyi ifadə üzə çıxıb.
Oxu.Az CNNTürk-ə istinadən xəbər verir ki, dindirilmə zamanı soyuqqanlı və sakit davranan ana ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. O, prokurorun verdiyi bir çox suala "bilmirəm, məlumatım yoxdur və görməmişəm" deyərək cavab verib.
Qadın qaynı (uşağın qətlində bir nömrəli şübhəli olan əmisi) ilə yaxın münasibətini soruşduqda: "Qətiyyən belə bir şey yoxdur, bu iddialara görə utanıram. Narini öldürənlərə Allah lənət etsin" deyib.
Prokuror qadından qaynına üç dəfə zəng etməsinin səbəbini soruşub. Yüksel Güran ona səhvən bir dəfə zəng etdiyini və digər zənglərin olmadığını bildirib. Qadın digər zəngləri izah edə bilməyib.
"Narin Güran" teqi üzrə xəbərlər
- Gülben Ergen və Demet Akalın arasındakı gərginlik artır: İndi də bloklama böhranı
- Türkiyədə vəhşicəsinə öldürülən Narin Güranın son görüntüləri ortaya çıxdı
- Türkiyədə ailəsi tərəfindən öldürülən Narin Güranın son arzusu məlum oldu: Qardaşından nə istəyib?
- Narin Güranın məhkəməsi: Dörd şübhəlinin azad edilməsi istənilir
- Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı