Türkiyənin Aydın vilayətinin Çinə rayonunda partlayıcı maddələr istehsal edən müəssisədə baş verən partlayışda yaralananların sayı 12-yə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, yaralılardan ikisi jandarma, biri polis, doqquzu isə müəssisənin işçisidir.
Hadisə partlayıcı maddələrlə dolu yük maşınının aşması nəticəsində baş verib. Yola tökülən döyüş sursatları zərərsizləşdirilmək üçün istehsalat müəssisəsinin ərazisinə aparılıb. Burada görülən işlər zamanı sursatlardan biri partlayıb.
Türkiyənin Aydın vilayətinin Çine rayonunda partlayıcı istehsal edən müəssisədə güclü partlayış baş verib.
Oxu.Az bu barədə İHA agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, müəssisənin poliqonunda baş verən partlayış nəticəsində beş nəfər yaralanıb.
Partlayışın səbəbi barədə məlumat verilmir. Yaralılar xəstəxanaya aparılıblar.
Fakt üzrə araşdırma aparılır.