Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyədə qəribə hadisə: Sahibkar öz mağazasını qarət etdi
Türkiyənin Samsun şəhərində qəribə hadisə baş verib.
Bu barədə Oxu.Az "Sondakika.com"a istinadən xəbər verir.
Məlumata görə, polis idarəsinə ərazidə yerləşən mağazalardan birinin qarət olunduğu ilə bağlı xəbər daxil olub. Marketdən 500 qutu siqaret, 90 min lirə (4 min 400 manat), bir müşahidə kamerası və bir POS cihazının oğurlandığı bildirilib.
Araşdırma zamanı mağaza sahibinin verdiyi ifadə ilə təhlükəsizlik kamerasının qeyd etdiyi görüntülər arasında ziddiyyət olduğu ortaya çıxıb. Marketin arxa divarının dağıdıldığı, polad seyfin qapısının qəsdən açıq qoyulduğu və oğurluq görüntüsü yaratmaq üçün bilərəkdən qarışıqlıq yaradıldığı müəyyən edilib.
Nəticədə məlum olub ki, obyekti qarət edən elə mağaza sahibinin özüdür. Görüntülərdə onun iş yerinin arxa divarından içəri girdiyi, oğurluğu həyata keçirdiyi, daha sonra da ön qapıdan çıxıb maşına mindiyi və qaçdığı əks olunub.
Mağaza sahibi saxlanılıb və o, külli miqdarda borcunun olduğunu, sığorta şirkətindən təzminat almaq üçün hadisəni törətdiyini etiraf edib.
Mağaza sahibinin hətta sığorta şirkətinə saxta ekspertiza rəyi hazırladığı da ortaya çıxıb.
Şübhəli şəxs barəsində "Ağır dərəcədə fırıldaqçılıq" və "Şəxsi sənədləri saxtalaşdırma" maddələri üzrə ittiham irəli sürülüb. İstintaq davam edir.
"Türkiyə" teqi üzrə xəbərlər
- İstanbul prokurorluğu boykot çağırışı edənlərə qarşı təhqiqata başlayıb
- Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
- Türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm oldu: "Basdırmasınlar məni torpağa"
- Minaaxtaran dronlar, savaş gəmiləri, Qarabağla bağlı təklif... - Türkiyəli polkovniklə MÜSAHİBƏ
- Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub