Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gənclər risk zonasında - Süni intellektin GİZLİ TƏHLÜKƏSİ
Süni intellektdən artan asılılıq tənqidi təfəkkür qabiliyyətlərinin azalmasına gətirir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə isveçrəli alimlərinin süni intellekt alətlərinin geniş istifadəsinin nəticələri barədə genişmiqyaslı tədqiqatlarından aydın olub. Araşdırmanın nəticələri "Societies" elmi jurnalında dərc edilib.
Alimlər bu narahatedici hadisənin səbəbini koqnitiv yükün azalması ilə izah edirlər. Belə ki, süni intellektin istifadəsinin cəlbedici aspektlərindən biri neyron şəbəkələrin insanı əqli səylərdən azad etməsidir. Lakin tədqiqat göstərdi ki, bunun mənfi nəticələri ola bilər.
Tədqiqat zamanı mütəxəssislər təxminən 670 nəfəri sorğu edərək onları üç yaş qrupuna bölüblər: 17-25 yaş, 26-45 yaş, 46 yaş və yuxarı. Əldə edilmiş məlumatların statistik təhlili süni intellekt alətlərinin istifadəsi və tənqidi təfəkkür göstəriciləri arasında əhəmiyyətli mənfi korrelyasiya aşkar etdi. Süni intellektin mütəmadi istifadəçiləri məlumatı tənqidi qiymətləndirmək və refleksiv problem həllində iştirak etmək qabiliyyətinin azaldığını nümayiş etdiriblər.
Xüsusilə narahatedici görünən fakt odur ki, gənc iştirakçılar yaşlı yaş qrupları ilə müqayisədə süni intellekt alətlərindən daha yüksək asılılıq və daha aşağı tənqidi təfəkkür balları göstəriblər.
Respondentlərin özləri süni intellekt alətlərinin adi istifadəsi nəticəsində tənqidi təfəkkür bacarıqlarının itirilməsindən narahatlıqlarını ifadə ediblər.
Hesabatın müəlliflərinə görə, onların kəşfi təhsil, elm və aktiv əqli fəaliyyət tələb edən digər sahələrdə süni intellektin istifadəsinə yanaşmaları yenidən nəzərdən keçirmək zərurətini göstərir.
"Süni intellekt" teqi üzrə xəbərlər
- ABŞ şirkəti insan görünüşlü robot təqdim edib
- Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir
- Tibdə inqilab: İnsanın ölüm tarixini 80 faiz dəqiqliklə deyən süni intellekt hazırlandı
- Mask süni intellektin insanları nə vaxt üstələyəcəyi barədə danışdı
- Futbol təbiilikdən çıxır: Süni intellekt rəqibin zəif nöqtələrini tapır, transferləri kompüter seçir
Rəylər