Kəmərin otellərindən birində sərxoş Ukrayna və Rusiya turistləri vəhşicəsinə dalaşıblar. Bəziləri təhqiredici mahnılar oxuyarkən, digərləri onlardan səslərini kəsmələrini istəyiblər. Nəticədə, davada alman, ingilis, Qazaxıstandan, Belarusiya və Qafqazdan olan müştərilər daxil olmaqla bütün otel iştirak edib. Həddini aşan turistləri polislər sakitləşdirib.
Türkiyənin Kəmər kurort şəhərində Ukrayna və Rusiya turistləri arasında dava düşüb, “Exo planetı” xəbər verib.
Şahidlərin sözlərinə görə münaqişədən xəbər verən heç bir şey yox idi, amma “şam yeməyindən sonra” milliyyətçi ruhlu kiyevlilər rusları qıcıqlandırmağa başlayıblar. Sankt-Peterburqdan olan rus turistlər öncə ukraynalılarla söz davasına girişiblər, sonra isə əlbəyaxa olublar.
Münaqişəyə bir müddət sonra oteldə dincələn bütün turistlər qoşulub.
“Dava-dalaş yerdən göyə qədər idi – şahidlərdən biri yazıb – kimin əlinə nə keçirdisə, stul, şezlonq bir-birinə vururdular, kimisə otelin hovuzunda boğurdular. Çoxlu sayda polis maşını gəldi”, onun sözlərinə görə bütün bunlar “Vəhşi Qərbi” xatırladırdı.
Şahidlərin sözlərinə görə, rus turistlər ukraynalıları dəstəkləməyə çalışan alman və ingilisləri də döyüblər. Rusiyalıları isə qafqazlılar, qazaxlar və belaruslar müdafiə edib.
Xəbər verildiyi kimi, rus turistlərdən biri otelin korpusu üzərinə Rusiya bayrağını sancmağa çalışıb, amma polis bunun qarşısını alıb.