Müğənni Röya Ayxanın yeni fotosessiya etdirməsi ilə bağlı xəbər vermişdik.
Oxu.Az-ın məlumatına görə, həmin fotosessiya Röyanın ifa etdiyi “Mən sənsiz” adlı mahnısına çəkilən klipdəndir. Ekran işi Türkiyədə “Möhtəşəm yüz il” serialının çəkildiyi məkanda lentə alınıb.
Qeyd edək ki, mahnının sözləri Azər Şirinə, musiqisi Pərviz Mahmudova aiddir. Klipin rejissoru isə Müjdat Küpşidir.
Müğənni yeni klipindən fotoları sosial şəbəkədə paylaşıb.
Aytən Sadıqzadə
www.oxu.az