“Miss Universe” gözəllik müsabiqəsinin prezidenti Paula M.Şuqart və “Miss Universe 2013”-ün qalibi Qabriela İslerin Bakı səfəri barəsində məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, qonaqlar ilk olaraq Heydər Əliyev adına mərkəzə səfər edib ümummilli liderə həsr edilmiş eksponatlara tamaşa ediblər.
Daha sonra isə venesuellalı gözəl Qabriela İsler paytaxtın ən görməli yerlərini gəzintiyə çıxıb.
Qeyd edək ki, “Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanova Qabriela İsler ilə birgə fotosunu İnstagram hesabında paylaşıb.
Modelin Bakı gəzintisindən olan fotolarını təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az