Türkiyə hakimiyyəti ölkə ərazisində sahibsiz heyvanların toplanması prosesini başa çatdıraraq onları sığınacaqlara və təbii yaşayış zonalarına yerləşdirib.
Oxu.Az "Anadolu Ekspres"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi məlumat verib.
Onun sözlərinə görə, genişmiqyaslı proses iki mərhələdə həyata keçirilib. İlk mərhələdə meqapolis statusu olmayan 51 vilayətdə işlər aparılıb. 2026-cı ilin avqustunda başlanılan ikinci mərhələ isə Hatay da daxil olmaqla, 30 böyük şəhəri əhatə edib.
Küçə heyvanlarının toplanması prosesi oktyabrın 21-də Diyarbekirdə sonuncu heyvanın sığınacağa yerləşdirilməsi ilə başa çatıb.
Məlumata görə, bələdiyyələr xüsusi sığınacaqlar və təbii yaşayış kompleksləri inşa edib, həmçinin heyvanların müalicəsini və sterilizasiyasını həyata keçirib, onların yeni sahiblərə verilməsini təşkil ediblər.
Hazırda sığınacaqlarda heyvanların qidalandırılması və peyvəndlənməsi davam etdirilir. Vətəndaşların müraciətləri əsasında heyvanlar yeni sahiblərinə də təhvil verilir.