Türkiyədə daha bir cinsi təcavüz faktı üzə çıxıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin Düzcə şəhərində utandırıcı zorlama faktı qeydə alınıb.
Hadisə ötən gün baş verib. Düzcənin Sallar məhəlləsindəki evində təkbaşına yaşayan 81 yaşlı qadın 25 yaşlı gənc tərəfindən əvvəlcə döyülüb, daha sonra isə zorlanıb.
Hadisədən sonra Düzcə Universiteti Xəstəxanasına aparılan yaşlı qadın müalicəyə yazılıb.
Düzcə Təhlükəsizlik idarəsinin apardığı istintaq əməliyyat tədbirləri nəticəsində dəlillərlə yaşlı qadını zorladığı iddia edilən gənc evində saxlanılıb.
Təqsirləndirilən gənc izahatında haqqında səsləndirilən ittihamları qəbul etməyib.