İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlərini keçirib.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilənə görə, monitorinqlər zamanı Bakının Xəzər, Yasamal, Abşeron rayonlarında, Şabran, Şəki, Balakən şəhərlərində, Neftçala, Bərdə və Ağdam rayonlarında yerləşən mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ümumilikdə, 280 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
Gülnarə Zeynalova
www.oxu.az