Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyəli mütəxəssisdən xəbərdarlıq: "Egey dənizindəki zəlzələlərdən daha böyük təhlükə ola bilər"
Egey dənizində son həftələr baş verən zəlzələlər davam edir və bu hal Yunanıstanla Türkiyədə böyük narahatlıq doğurur.
Yunanıstanın ən məşhur turistik bölgələrindən biri olan Santorini adası seysmik böhranın mərkəzindədir. Adada fövqəladə vəziyyət elan edilib, yeni zəlzələ dalğası kütləvi köçə səbəb olub və yeraltı təkanlar on mindən çox ada sakininin təxliyə edilməsi ilə nəticələnib. Seysmik aktivlik səbəbindən bölgəyə ordu yerləşdirilib.
Türkiyənin İzmir, Aydın və Muğla şəhərlərində siqnalizasiya sistemləri quraşdırılıb.
Türkiyəli mütəxəssis, professor Ahmet Ercan zəlzələdən daha böyük təhlükənin olduğuna diqqət çəkib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Haber Global"ın məlumatında bəhs edilir.
Bildirilir ki, ciddi dağıntılar olmasa da, alimlər zəlzələlərin həftələrlə davam edə biləcəyi barədə insanlara xəbərdarlıq edirlər. Lüks otellər sürüşmə riski olan yamaclarda yerləşdiyinə görə bu, turizm üçün fəlakətli nəticələrə yol aça bilər.
Daha böyük zəlzələ ehtimalı da istisna edilmir. Səlahiyyətlilər Yunanıstanın Santorini adasında seysmik aktivliyin tədricən azalacağına ümid edərək vəziyyəti diqqətlə izləməyə davam edirlər.
Ahmet Ercanın verdiyi açıqlamaya görə, Egey dənizindəki zəlzələlərin yaratdığı narahatlıqla yanaşı, Santorini adasından təxminən 7 kilometr aşağıda yerləşən Kolumbos vulkanı da püskürə və problemlər yarada bilər.
"Kolumbosun maqma kamerasındakı axar küləbənzər lavanın titrəməsini və dərinliklərdən gələn təzyiqli maqma püskürmələrini kiçik zəlzələlər kimi qəbul edirik. Maqma kamerası kifayət qədər dolduqdan sonra isə püskürmə başlaya bilər", - deyə mütəxəssis qeyd edib.
"Türkiyə" teqi üzrə xəbərlər
- İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb
- Rəsmi İrəvan: "Ermənistan martın 1-dən sərhəd-keçid məntəqələrində nəzarəti müstəqil həyata keçirir"
- Türkiyədə qadınları yalandan hamilə olduqlarına inandıran "İlin həkimi": Çox sayda körpəni "öldürüb"
- "Haber Global"da Türkiyənin əsas silah tədarükçülərinin adları açıqlanıb
- Akif Çağatay Kılıç: "Dünyanı idarə edənlərin siyasətləri fiaskoya uğrayıb"