Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyənin Cənub-Şərqi Asiya ilə dialoqu qlobal siyasətə təsir göstərə bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan Malayziyaya səfəri zamanı bəyan edib ki, ölkəsi ilə Cənub-Şərqi Asiya arasında genişlənmiş əməkdaşlıq qlobal vəziyyətə uzunmüddətli təsir göstərə bilər.
Onun sözlərinə görə, Türkiyə dünyada artan münaqişələrə sülh yolu ilə həll yolları axtarır.
“ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası – red.) həqiqətən də Cənub-Şərqi Asiyada sülh və rifahın bərqərar olması üçün mühüm platforma olub”, - Fidan əlavə edib.
Diplomat həmçinin qeyd edib ki, Türkiyə və ASEAN öz perspektivli regionlarında iqtisadi artımın əsas hərəkətverici qüvvəsidir.
Xatırladaq ki, Cakartada keçirilən ASEAN toplantısında iştirak etdikdən sonra H.Fidan Malayziyaya iki günlük səfərə gedib.
Mənbə: Daily Sabah
"Hakan Fidan" teqi üzrə xəbərlər
- Hakan Fidan, Yaşar Güler və İbrahim Kalın Suriyaya gediblər
- Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır
- Fidan: "Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər"
- Türkiyə Avropanı özünün güc mərkəzini yaratmağa çağırdı
- İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb