Türkiyədə, İstanbul şəhərinin Kartal rayonunda yerləşən Koşuyolu Tədris və Araşdırma Xəstəxanasının damında yanğın baş verib.
Oxu.Az "CNN Türk"ə istinadən xəbər verir ki, Türkiyənin Asiya hissəsində yerləşən xəstəxana ölkənin iri kardiologiya mərkəzlərindən biridir və bütün ölkədən xəstələri qəbul edir.
Qeyd olunub ki, yanğın poliklinikanın əlavə korpusunda başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və onlar alovun söndürülməsi istiqamətində işləri davam etdirirlər.
Xəstələrin təxliyəsinə başlanılıb. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Yanğının səbəbi məlum deyil.