İngiltərə Premyer Liqasının 6-cı turunda "Mançester Yunayted" doğma meydanda "Tottenhem"lə 1:1 hesablı heç-heçə edib.
Oxu.Az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən görüşdə Brayan Mbeumo 73-cü dəqiqədə hesabı açıb.
78-ci dəqiqədə "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur qırmızı vərəqə alaraq meydandan qovulub.
Rəqibin azlıqda qalmasına baxmayaraq, "Mançester Yunayted" üstünlüyünü qoruya bilməyib. Dominik Solanke 90+2-ci dəqiqədə baş zərbəsi ilə hesabı bərabərləşdirib.
Altı turdan sonra altı xal toplayan "Mançester Yunayted" turnir cədvəlinin 12-ci pilləsindədir. Üç xalı olan "Tottenhem" isə 18-ci yerə yüksəlib.