2006-cı ildə meydana gəlmiş servis yarım milyard istifadəçi toplayıb (düzdü, fəal olanların sayı azdır).
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, ad günü ərəfəsində mikroblogerlər “tvit”lərin sürətinə görə növbəti rekordu vurublar.
Twitter kütləvi şəkildə qısa məlumatlar paylaşmağa imkan yaradır. 2006-cı ildə populyar bloqlarla nəticə oxşarlığı “mikrobloq” termininin meydana gəlməsinə səbəb oldu.
Populyarlığının səbəbi isə istifadəçi rəyinin şəbəkədə olma sürətidir.
Məsələn, KİV indi diqqətlə Twitter-i izləyir: baş verən hadisələr barədə foto və məlumat burada ənənəvi informasiya agentliklərinin işindən daha tez yerləşdirilə bilər.
Eləcə də mikrobloq formatı müxtəlif tədbirlərin və ya ictimai çıxışların koordinasiyası üçün həddən artıq uğurlu oldu. “Twitter-inqilab” termini sosial şəbəkələrdə və mikrobloqlarda koordinasiya edilən kütləvi etiraz aksiyalarını təsvir edir. Belə hadisələrdən ən məşhuru – eyni anda bir neçə Şimali Afrika və yaxın Şərqdə baş verən “Ərəb baharı” oldu.
Belə hadisələr bəzi ölkələrdə vətəndaşlara Twitter-dən istifadəyə tam və ya qismən qadağa qoyulmasına səbəb olur.
Ən məşhur qadağa isə Gəzi parkı ətrafında baş verənlərlə əlaqədar Türkiyə hakimiyyətinin qadağası oldu. Amma bu heç bir nəticə vermədi, bundan başqa “tvit”lərin sayı artdı: mikrobloqlar qadağadan yankeçmə üsullarını açıqlayırdı.
Twitter-in bağlanıldığı və ya pis işlədiyi - “standart” Çin, Koreya, İrandan başqa, bu ölkələrin sırasına Səudiyyə Ərəbistanı, Türkmənistan, Vyetnam, Venesuella da daxildir.