Qəzzadakı fələstinlilərin ölməsi və yaralanması faciədir.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bildirib.
Obama qeyd edib ki, insanlar harada yaşamasından asılı olmayaraq, müdafiə olunmalıdırlar:
“Gərginliyin səngiməsi birinci növbədə İsrail və Fələstin üçün faydalıdır”.
ABŞ prezidenti vurğulayıb ki, iki ölkə arasında yenidən atəşkəs elan edilməlidir.