“Uber” sürücüsü Ceyson Dalton ABŞ-ın Miçiqan ştatında altı nəfəri öldürdüyünü etiraf edib.
Oxu.Az AP-yə istinadən bildirir ki, qatil bütün qurbanlarını bir gündə öldürüb və bunu sifarişlər arasındakı fasilələr zamanı edib.
Əvvəlcə o bir qızı parketmə yerində güllələyib. Daha sonra sifariş götürüb və sifarişi başa çatdırdıqdan sonra yeddi nəfərə atəş açıb ki, onlardan beşi aldıqları güllə yaralarından ölüblər.
Dalton bildirir ki, bütün bu baş verənlərdə günah “Uber” tətbiqində, əsasən, onun loqotipindədir. O iddia edir ki, bu “iblisin rəmzi”dir və onun ağlını başından alıb.
“Metro” qəzetinin verdiyi məlumata görə, amerikalının evində çoxlu sayda silah aşkar olunub. O, ömürlük həbs cəzası ilə üzləşə bilər.