Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Enerji içkiləri bahalaşdı - YENİ QİYMƏTLƏR
Azərbaycanda enerji içkiləri bahalaşıb.
Oxu.Az xəbər verir ki, bazarda çox yayılmış “Hell Energy” içkisi 2018-ci ildə bir manata satıldığı halda, hazırda marketlərdə qiyməti iki manata qaldırılıb.
“Redbull” və “Bizon”un qiymətində də 50 faiz və bəzən daha çox artım müşahidə edilir.
Bizon 250 ml | 1,70 AZN |
Bizon 500 ml | 3.00 AZN |
Hell 250 m | 2.00 AZN |
Hell 500 ml | 3.80 AZN |
Jaquar 250 ml | 1.70 AZN |
Jaquar 500 ml | 3.00 AZN |
Redbull 250 ml | 3.00 AZN |
Xatırladaq ki, 2019-cu il 1 yanvar tarixindən idxal olunan alkoqollu enerji içkilərinin hər litri üçün iki manat, alkoqolsuz enerji içkiləri üçün üç manat, hər siqar üçün bir manat, elektron siqaret üçün qarışığın hər litri üçün 20 manat həcmində aksiz vergisinin tətbiqi nəzərdə tutulur.