Təyyarənin pəncərə hissəsində çat görən Kanada sakini hadisəni telefonuna çəkərək sosial şəbəkələrdə paylaşıb.
REN TV xəbər verir ki, texniki nasazlıq Toronto - Monreal reysində qeydə alınıb.
Stüardessa dərhal bu barədə təyyarənin kapitanına məruzə edib.
Çat olan yerə baxış keçirən hava gəmisinin pilotu qeydə alınan nasazlığın ciddi təhlükə törətmək iqtidarında olmadığı qənaətinə gəlib.
“Air Canada” hava şirkətindən verilən açıqlamada isə qeyd olunub ki, pəncərənin ətrafındakı plastik çərçivənin çatlaması sərnişinlərin həyatına təhlükə törədəcək qədər ciddi nasazlıq deyil.