Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Uesli Sneyder çirkli pulların yuyulmasında ittiham olunur
Niderland millisinin keçmiş hücumameylli yarımmüdafiəçisi Uesli Sneyder cinayət təşkilatı üçün çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bilinir.
Oxu.az championat.com-a istinadən xəbər verir ki, Sneyder milyonlarla avronun yuyula biləcəyi tikinti şirkətinin səhmdarıdır.
Araşdırma zamanı məlum olub ki, bu şirkətin qadağan olunmuş maddələrin istehsalı və satışı ilə məşğul olan avstraliyalı cinayətkar qrupla əlaqələri var.
Bu araşdırmada Uesli Sneyderin də adının hallandığı vurğulanır.
Keçmiş futbolçu bir müddət əvvəl səhmdarı olduğu şirkətin kriminal aləmlə əlaqəsi barədə heç nə bilmədiyini deyib. Sneyder bu şirkətə yatırdığı sərmayələri geri qaytara bilmədiyini də qeyd edib.
"Futbol" teqi üzrə xəbərlər
- İspaniya Kuboku: "Barselona" - "Atletiko" matçında 8 qol vuruldu
- İtaliya Kuboku: Yarımfinala adlayan "İnter" "Milan"a rəqib oldu
- Mərkəzi Asiya ölkələri futbol üzrə qitə kubokunu birlikdə keçirmək istəyirlər
- Ronaldu karyerasının 925-ci qolunu vurdu
- Türkiyə Superliqası: "Qalatasaray" - "Fənərbağça" derbisi qolsuz bitdi