Başqırdıstanın paytaxtında çərşənbə axşamı Rusiyanın sədrliyi altında ŞƏT (Şanxay Əməkaşlıq Təşkilatı) və BRİCS-in (BRİCS - Brazil, Russia, India, China, South Africa) beynəlxalq sammitləri start götürür. Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
İşgüzar forum ilə işə başlayan BRİCS sammitində, beynəlxalq iqtisadi vəziyyətin yaxşılaşdırılması məsələləri müzakirə ediləcək.
ŞƏT sammitində təşkilatın genişləndirilməsi elan ediləcək – 2014-cü ilin sentyabrında ŞƏT-ə daxil olmaq üçün Pakistan və Hindistan ərizə verib.
Bu gün üçün ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi statusuna isə Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan sahibdirlər.