Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UFC prezidenti Dana Uayt "Meta"nın direktorlar şurasına daxil olub
Mütləq Döyük Çempionatının (UFC) prezidenti və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yaxın silahdaşı Dana Uayt "Meta" korporasiyasının direktorlar şurasına daxil olub.
Oxu.Az-ın xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberq məlumat verib.
"Dana UFC-nin prezidenti və baş direktoru olub və onu dünyanın ən dəyərli, sürətlə böyüyən və populyar idman müəssisələrindən birinə çevirib. Mən ona bir sahibkar kimi və belə sevimli bir brend yaratmaq qabiliyyətinə görə heyranam", - deyə o, "Facebook" profilində yazıb.
Bundan əlavə, Zukerberq "Meta"nın direktorlar şurasına italyan iş adamı Con Elkann və texnologiya investoru Çarli Sonqherstin də qoşulacağını elan edib.
"Meta şirkəti" teqi üzrə xəbərlər
- Smartfonlar erasının sonu gəlir: Zukerberq yaxın 10 ildə onların nə ilə əvəz olunacağını açıqladı
- "Meta"nın xidməti məktubunun məzmunu mətbuata sızdı
- Tramp andiçmə mərasimi üçün rekord məbləğ topladı
- Səməd Vurğun və Mark Zukerberq
- Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir