Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Uitkoff ABŞ-İran danışıqları barədə: "İki əsas məqamı əhatə edəcək"
"Tehran tərəfindən uranın zənginləşdirilməsinə məhdudiyyətlərin tətbiqi və silahlara nəzarət ABŞ-İran danışıqlarında əsas məsələlər olacaq".
Oxu.Az-ın "Fox News"a istinadən xəbərinə görə, bu sözləri ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
"İranlılarla danışıqlar ümumilikdə iki əsas məqamı əhatə edəcək. Birincisi, uranın zənginləşdirilməsidir", - deyə Uitkoff bildirib.
Belə ki, diplomatın sözlərinə görə, Tehran tərəfindən uranın maksimum zənginləşdirilməsi səviyyəsi 3.67%-i keçməməlidir.
Bundan əlavə, Uitkoff qeyd edib ki, silahların, o cümlədən İranın malik olduğu raketlərin sayının yoxlanılması mexanizmləri tətbiq olunacaq.
ABŞ prezidentinin nümayəndəsi vurğulayıb ki, ciddi yoxlama iki ölkə arasında danışıqlar üçün əsas olacaq və dəyişikliklər olmazsa, ABŞ problemlərin həlli üçün başqa yollar axtarmaq niyyətindədir.
"Stiven Uitkoff" teqi üzrə xəbərlər
- ABŞ Ukraynada atəşkəsə nəzarət planını hazırlayıb
- Trampın xüsusi nümayəndəsi Uitkoff "Mossad" rəhbəri ilə görüşüb
- Trampın xüsusi nümayəndəsi Rusiyada Ukrayna əraziləri məsələsini müzakirə edib
- Fransada ABŞ nümayəndələri ilə Ukrayna münaqişəsi müzakirə olundu
- ABŞ-İran danışıqlarının yeri və tarixi dəqiqləşdi