Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə gözlənilən səfəri zamanı hazırkı münaqişə ilə bağlı planını təqdim etməyə hazırlaşır.
Bu plana, digər məsələlərlə yanaşı, Kiyevin "müəyyən ərazilərdə" lokal atəşkəs və münaqişənin müvəqqəti dondurulmasına razılıq verməyə hazır olması da daxildir.
Oxu.Az xəbər verir ki, bu barədə Bild nəşrinin mənbələri məlumat yayıblar.
Alman nəşrinin yazdığına görə, ABŞ hakimiyyəti ilə görüş çərçivəsində Zelenski, həmçinin Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə uzaqmənzilli Qərb silahları ilə zərbələr endirməsinə icazə verilməsini tələb edəcək.
Rəylər