Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qəbələdə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Elnur Məmmədov, qohumu Samir Əsədov və Cəsur Hüseynov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, onlardan 2 kiloqram 300 qram marixuana və metamfetamin aşkar olunub.
Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri Gəncə şəhərinə aparmağa razılaşdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Tərtər sakini Bakıda iki kiloqram narkotiklə saxlanıldı
- Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi
- Baş Prokurorluq təyyarə qəzası ilə bağlı məlumat yaydı - Xəbərlərin 20:00 buraxılışı
- Azər Zahidin şikayəti rədd edildi
- İrandan Azərbaycana 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alındı
Rəylər