Meksikalı Saul Alvares 76,2 kq çəki dərəcəsində Dünya Boks Şurasının (WBC), Ümumdünya Boks Assosiasiyasının (WBA) və Ümumdünya Boks Təşkilatının (WBO) versiyasına görə dünya çempionu titulunu qoruyub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Las-Veqasda (ABŞ, Nevada) keçirilən 12 raundluq döyüşdə o, puerto-rikalı Edqar Berlangaı hakimlərin yekdil qərarı ilə məğlub edib.
34 yaşlı Alvares WBC və WBA dünya titullarını yeddinci, WBO titulunu isə beşinci dəfə müdafiə edib.
Alvares ümumilikdə dörd çəki dərəcəsində - 69.9 kq, 72.6 kq, 76.2 kq və 79.38 kq çəki dərəcəsində dünya çempionu olub.
Rəylər