Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukrayna bir illik büdcə gəlirləri həcmində yardım alıb: Ən çox kimin pulu gedib?
Ötən il beynəlxalq tərəfdaşlar Ukraynaya birbaşa büdcə dəstəyi (yəni hərbi yardım istisna olmaqla) olaraq 41,7 milyard dollar ödəyiblər.
Oxu.Az-ın Strana.ua nəşrinə istinadən xəbərinə görə, bu barədə məlumatı Ukrayna Ali Radasının Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev dərc edib.
Qeyd edək ki, bu, Ukraynanın 2024-cü il üzrə büdcəsinin bütün gəlir hissəsi ilə (47 milyard dollar) müqayisə oluna bilər və xərclərin yarısından (89 milyard dollar) bir qədər azdır.
Xarici maliyyələşdirmənin üçdəikisini güzəştli kreditlər, qalanlarını isə qrantlar (əsasən, ABŞ-dən) təşkil edir.
Eyni zamanda, tərəfdaşlar 2024-cü ildə Ukraynaya bir il əvvəlkindən 700 milyon az pul veriblər.
Ümumilikdə, müharibə başlayandan bəri Ukraynaya maliyyə (qeyri-hərbi) dəstəyi üçün 115 milyard dollar ayrılıb.
Büdcə ehtiyacları üçün ən çox pulu Avropa İttifaqı verib, ikinci yerdə isə ABŞ gəlir. Onların hər ikisi birlikdə bütün maliyyə yardımının üçdəikisini təşkil edir. Eyni zamanda, Ukraynaya fəal dəstək verən Böyük Britaniya üç faizdən də az maliyyə yardımı ayırıb.
Əsas tərəfdaşlar tərəfindən maliyyələşmənin alınması (milyardlarla dollar) isə aşağıdakı kimidir:
Avropa İttifaqı - 44,79 (ümumi maliyyələşdirmənin 38,9%-i);
ABŞ - 31,24 (27,1%);
Beynəlxalq Valyuta Fondu - 12,45 (10,8%);
Yaponiya - 8,53 (7,4%);
Kanada - 5,41 (4,7%);
Dünya Bankı - 5,29 (4,6%);
Böyük Britaniya - 3,03 (2,6%);
Almaniya - 1,69 (1,5%);
Digər tərəfdaşlar - 2,77 (2,4%).
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukrayna valyutası tarixi minimuma düşdü
- Ukrayna PUA-larının hücumları səbəbindən "Yandeks" məhkəmə qərarı ilə üzləşdi
- Slovakiyanın baş naziri Ukraynanı hədələdi
- Ukraynada Vaşinqtonun tələb etdiyi qərar qəbul olundu: Səfərbərlik yaşı azaldılır?
- "Financial Times"dan 2025-ci il üçün proqnoz: "Bitcoin"in qiyməti 200 min dollara çata bilər
Rəylər