Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ukrayna Britaniya ilə 100 illik tərəfdaşlıq sazişi imzaladı
Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kiyevə səfəri zamanı Ukrayna ilə Birləşmiş Krallıq arasında hərbi, iqtisadi və humanitar əməkdaşlığı gücləndirəcək 100 illik tərəfdaşlıq sazişi imzalanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
"Biz avropalı tərəfdaşlarımıza arxayınıq", - deyə Zelenski birgə mətbuat konfransında bildirib.
Öz növbəsində, Starmer müqaviləni tarixi adlandırıb və bunun Ukrayna-Britaniya əməkdaşlığını daha yüksək səviyyəyə çıxaracağını deyib.
Saziş 14 maddədən ibarətdir.
"Bəyannamənin qüvvədə olduğu müddət ərzində heç bir tərəf hücum və ya təcavüz qarşısında tək qalmayacaq. Tərəflərdən birinə BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsipləri pozulmaqla hücum edilərsə, hər iki tərəf məsləhətləşəcək. 24 saat ərzində təcavüzə qarşı mübarizə və ya onun qarşısını almaq üçün lazımi tədbirləri müəyyən edəcək, zəruri hallarda müasir hərbi texnika ilə, habelə iqtisadi yardımla kömək göstəriləcək", - sənəddə deyilir.

"Ukrayna" teqi üzrə xəbərlər
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar
- Orban: "Ukrayna NATO üzvü olmayacaq"
- Ukrayna ilə Rusiya arasında RAZILAŞMA: Kursk sakinləri təxliyə ediləcəklər
- Kanada Rusiyanın aktivləri hesabına Ukraynaya milyardlarla dollar verəcək